Bank Of Baku

BDU-nun 4 tələbəsi suşidən zəhərlənib - YENİLƏNİB

BDU-nun 4 tələbəsi suşidən zəhərlənib  - YENİLƏNİB
# 08 oktyabr 2022 20:46 (UTC +04:00)

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4 tələbəsinin yedikləri qidadan sonra mədələrində narahatlıq yaranıb.

BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda onların vəziyyəti qənaətbəxşdir. Universitet və fakültə rəhbərliyi məsələni diqqətdə saxlayır.

***

19.33

Bakı Dövlət Universitetinin (BDU) 4 tələbəsi suşidən zəhərlənib.

Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, 4 nəfərdən biri artıq evə buraxılıb.

Digər 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır”.

KTM-dən bildirilib ki, 3 nəfərin də sabah ambulator müalicə üçün evə buraxılması gözlənilir. Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.

Özlərinin verdiyi məlumata görə onlar ötən gün yedikləri suşidən zəhərləniblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR