Bank Of Baku

Biləsuvarda qoşqulu avtomobillə “KamAZ” toqquşub - FOTO - VİDEO

Biləsuvarda qoşqulu avtomobillə  “KamAZ” toqquşub - FOTO  - VİDEO
# 12 oktyabr 2022 02:39 (UTC +04:00)

Ələt - Astara magistralında yol nəqliyyat hadisəsi baş verib.

APA - nın Cənub bürosunun verdiyi məlumata görə, qəza magistralın Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində “KamAZ” markalı yük avtomobili ilə üzərində ekskavator aparan qoşqulu avtomobil toqquşub.

Hadisəyə səbəb qoşqunun sürücüsü Cəlil Məmmədovla, sərnişin qismində olan ekskovatorun sürücüsü Məhəmməd Səfərov arasındakı mübahisə olub.

Nəticədə qoşqu, hərəkətdə olan Zahid Qəhrəmanlının idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR