Bank Of Baku

BNA: Dakar meydanı istiqamətində bəzi xətlərdə gecikmə var

BNA: Dakar meydanı istiqamətində bəzi xətlərdə gecikmə var
# 08 oktyabr 2022 19:43 (UTC +04:00)

Hazırda Dakar meydanı istiqamətində Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsi hər iki istiqamətdə tıxac var.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu səbəbdən qeyd edilən küçə və prospektdən hərəkət edən 1, 7A, 11, 15, 21, 30, 32, 35, 40, 44, 46, 49, 51, 62, 64, 66, 76, 78, 81, 132 №-li müntəzəm marşrut xətlərində avtobuslar arasında uzunmüddətli intervallar və gecikmələr müşahidə edilir.

“Gecikmələr təxminən 15-20 dəqiqə aralığındadır. Mövcud vəziyyətlə bağlı daşıyıcı şirkətlər məlumatlandırılıb və müvafiq tövsiyələr verilib”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR