Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri Antonio Anastasia Gəncə şəhərinə səfər edib.
APA -nın yerli bürosunun məlumatına görə, Antonio Anastasia Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə baş çəkib.
Antonio Anastasia erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonağa məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.
Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazidə olub - FOTO - VİDEO
© APA | Antonio Anastasia, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri
31 oktyabr 2021 12:51 (UTC +04:00)
Sosial
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
19:11
6 may 2024
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
18:06
6 may 2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024