Bank Of Baku

Bu il 54 mindən çox şəxsə əlillik təyin edilib

Bu il 54 mindən çox şəxsə əlillik təyin edilib
# 14 dekabr 2022 15:59 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 54,2 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən APA-ya bildirilib ki, onlardan 18,4 mininə ilkin, 35,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyin edildikdən sonra əlilliyə görə müvafiq sosial ödənişlərin təyinatı da e-sistem üzərindən proaktiv qaydada aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR