Bank Of Baku

Bu il DSMF-nin gəlirləri və xərcləri artıb

Bu il DSMF-nin gəlirləri və xərcləri artıb
# 13 dekabr 2022 15:58 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2022-ci ilin 11 ayında proqnozla müqayisədə 1,3 faiz və ya 63 mln. manat artaraq 5 mlrd.118 mln. manat olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, yanvar-noyabr aylarında Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz və ya 355 mln. manat artaraq 4 mlrd. 798 mln. manat təşkil edib.

DSMF-yə sosial sığorta daxilolmaları 11 ayda proqnozla müqayisədə 4,2 faiz və ya 165 mln. manat artaraq 4 mlrd. 79 mln. manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR