Bu ilin 9 ayında 10 minə yaxın əlilliyi olan şəxsə 43 mindən çox reabilitasiya vasitəsi verilib.
APA xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili Departamentinin müdir müavini Zərifə Kamilova "Sosial saat"da deyib.
O bildirib ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq.