Bank Of Baku

Dördüncü Azərbaycan İnvaziv Kardiologiya Konqresi təşkil olunub - FOTO

Dördüncü Azərbaycan İnvaziv Kardiologiya Konqresi təşkil olunub - FOTO
# 08 oktyabr 2022 10:48 (UTC +04:00)

Bu gün Azərbaycan Kardiologiya Cəmiyyəti, İnvaziv İşçi qrupu tərəfindən 4-cü Azərbaycan İnvaziv Kardiologiya Konqresi təşkil olunub.

APA xəbər verir ki, konqresdə 7 ölkədən (Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İRAN və Danimarkada ) elm adamları qatılıb.

Konqresdə Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov, Türkiyə Kardiologiya Cəmiyyətinin sədri Vedat Aytekin, Səhiyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.

350-dən çox azərbaycanlı həkimin iştirak etdiyi konqresdə 8 canlı əməliyyat icra edilib.

40 çıxışçı, 5 fərqli mərkəzdən icra edilən canlı əməliyyat təlimləri 10 sessiyada müzakirə edilib, bilgi mübadiləsi aparılıb. İnvaziv Kardiologiyanın inkişafı üçün dünyadakı həkimlərin təcrübəsi canlı olaraq paylaşılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR