Paşha Bank
Bank Of Baku

Dünya Bankının rəsmisi: Azərbaycan regional əməkdaşlıq və koordinasiyada əsas liderlərdəndir

Dünya Bankının rəsmisi: Azərbaycan regional əməkdaşlıq və koordinasiyada əsas liderlərdəndir
# 02 oktyabr 2026 15:17 (UTC +04:00)

Azərbaycan regional əməkdaşlıq və koordinasiyada əsas liderlərdəndir.

APA xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Simone Pryce Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun “CAMCA-nın inkişaf potensialının reallaşdırılması: Regional əməkdaşlığın siyasi əsasları” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Dünya Bankının yeni hesabatında Orta Dəhlizin 2040-cı ilədək inkişaf potensialı qiymətləndirilib.

Rolande Simone Pryce qeyd edib ki, infrastruktur və xidmətlərə investisiyalar artırılarsa, 2040-cı ilədək dəhliz üzrə ticarət həcmi üç dəfə arta, səyahət müddəti isə yarıya qədər azala bilər.

“Əgər biz ticarətin asanlaşdırılmasına, xidmətlərin göstərilməsinə və sərhədlərarası əməkdaşlığa investisiya qoysaq, potensial daha böyükdür. Ticarət həcminin 2040-cı ilədək dörd dəfə artacağını, səyahət müddətinin üçdə ikiyə qədər azala biləcəyini, hesabatın əhatə etdiyi doqquz ölkədə ÜDM-in 3,3 faiz arta biləcəyini və 22 milyon iş yerinin yaradıla biləcəyini gözləyirik”, - o vurğulayıb.

Dünya Bankının rəsmisi bildirib ki, Orta Dəhlizin əsas məqsədi yalnız tranzit marşrutu yaratmaq deyil, dəhliz boyunca iqtisadi fəaliyyətin, regionlararası ticarətin və biznesin inkişafını təmin etməkdir.

O, Azərbaycanın regional əməkdaşlıq və koordinasiyada mühüm rol oynadığını xüsusi qeyd edib.

“Azərbaycanın gördüyü mühüm işləri, xüsusilə dəhliz istiqamətində həyata keçirdiyi fəaliyyəti bilirəm. Danışdığımız əməkdaşlıq və koordinasiya işlərinin böyük hissəsində Azərbaycan əsas liderlərdən biridir”, - Rolande Simone Pryce deyib.

O bildirib ki, Azərbaycan da daxil olmaqla regionda artıq ortaq baxış formalaşıb və növbəti mərhələdə bu ambisiyanın daha da irəli aparılması vacibdir.

“Artıq çox şey görülüb. Bu, 2023-cü ildə gəldiyim regiondan çox fərqli regiondur. Bəli, ortaq baxış var. Təklif etdiyimiz isə bu ambisiyanı daha da irəli aparmaqdır ki, faydaları əldə edə bilək”, - Dünya Bankının regional direktoru əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR