Azad edilmiş torpaqların ərazi planlaşdırılma sənədləri böyük dövrü əhatə edir.
APA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qısa müddət ərzində bu işlər görülməlidir. A. Quliyev bildirib ki, bu planlar əsasında insanlar növbəti illərdə həyatlarını quracaq: "Bu gün həyat Qarabağa qayıdır".
Dövlət Komitəsinin sədri deyib ki, işğaldan azad edilən ərazilərin ümumi planı hazırlanır və başa çatmaq üzrədir: “Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın Baş planları üzərində işlər bitib və Prezident İlham Əliyevə təqdim olunub. Zəngilan, Kəlbəcər, Qubadlı və Laçın rayonları da layihələndiriləcək. Bu işlər Komitə tərəfindən sistemli şəkildə aparılır”.