Bank Of Baku

ƏƏSMN-in e-xidmətlərinə 9,5 milyon müraciət qeydə alınıb

ƏƏSMN-in e-xidmətlərinə 9,5 milyon müraciət qeydə alınıb
# 10 dekabr 2022 13:12 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin 11 ayında 9,5 milyon müraciət qeydə alınıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, həmin dövrdə e-təyinatlar davam edib. 219 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, həmçinin e-qaydada 195 min fərdi şəxsi hesab açılıb.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin təyinatı e-sistem üzərindən aparılır. Bu istiqamətdə proaktiv qaydada 17,5 min təyinat həyata keçirilib.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlar tərəfindən 11 ayda Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 190 milyon, servislər üzərindən mübadilə sayı isə 13,9 milyon olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR