“Valideyn himayəsindən məhrum olan uşaqların sayı on minlərlədir. Onların taleyinə biganə yanaşmağı qəbul etmirəm”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, onların sayının azaldılması istiqamətində ciddi işlər görülməlidir: “Bu gün o uşaqlar salfeti uzadıb xahiş, minnətlə pul istəyirlərsə, böyüyəndən sonra bunu artıq başqa cür istəyəcəklər”.
Ə. Məsimli şəhid olanların çoxunun ailəsinin də aztəminatlı ailələr olduğunu qeyd edib. O təklif edib ki, Anım Günündən Zəfər gününə qədər olan müddətdə aztəminatlı ailələrin şəhid övladlarının da adına bulaqlar açılsın, onların xatirəsi əbədiləşdirilsin.
Əli Məsimli: “Valideyn himayəsindən məhrum olan uşaqların sayı on minlərlədir”
© APA | Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini
30 sentyabr 2021 16:00 (UTC +04:00)
Sosial
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024