Əlilliyi olan 800-dən çox şəxs robotik reabilitasiya xidmətlərinə cəlb olunub

Əlilliyi olan 800-dən çox şəxs robotik reabilitasiya xidmətlərinə cəlb olunub
# 22 fevral 2024 15:20 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiqinə başlanan yeni xidmətlərdən biri də robotik terapiya xidmətidir. Son bir ildə həmin mərkəzlərdə 800-dən çox əlilliyi olan şəxsə 2700-ə yaxın robotik reabilitasiya xidmətləri göstərilib.

Bu barədə APA-ya Nazirlikdən məlumat verilib. Bildirilib ki, robot reabilitasiya sistemləri dayaq-hərəkət və sinir sisteminin sağlamlıq vəziyyətinin diaqnozu və müalicəsində istifadə olunur:

"Robotik terapiya fiziki terapiya prosesində əlilliyi olan şəxslərin intensiv və hərtərəfli neyroreabilitasiyasına, onlarda sinir sisteminin bərpasına, mümkün olan funksionallığı bərpa etməyə kömək edir. Bu terapiya üsulu insult, travmatik beyin və onurğa beyni zədələnmələri, parkinson, şaxəli skreloz, serebral iflic və digər diaqnozlu əlilliyi olan şəxslərin sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında tətbiq edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR