Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunub

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunub
# 23 fevral 2022 10:27 (UTC +04:00)

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.

TƏBİB-dən APA-ya bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub. Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.

Bununla da, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına başlanılıb.

Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru dərəcəsinə malikdir. İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mutəxəssis, osteopat olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun yeni direktoru Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O eyni zamanda, 2015-2017-ci il Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də, 2018–ci ildən bu günə qədər isə Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirib.

Türkiyə, Rusiya, Amerika, Kanada, Almaniya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib. “A.I.M.S” İdman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvüdür. Bundan başqa, Pərvin Ələkbərov bir çox elmi məqalələrin də müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR