Bank Of Baku

FHN Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib - FOTO

FHN Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib - FOTO
# 12 dekabr 2022 15:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Akademiyanın rəisi general-mayor Baba Salayev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Ulu Öndərin xalqa və Vətənə sonsuz sevgisi, Azərbaycan dövlətçiliyinə hədsiz sədaqəti indiki və gələcək nəsillərə böyük örnəkdir. Umummili Liderin zəngin irsi ölkəmizin davamlı inkişafını təmin edən əvəzsiz məktəbdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsini öyrənmək üçün Akademiyada “Heydər Əliyev Mərkəzi” yaradılıb. Mərkəzdə yaradılan şərait, geniş ekspozisiya, fotoguşələr və sənədli materiallar Akademiyanın kursant və əməkdaşlarının Ümummilli Liderin zəngin tarixi irsinə dərindən yiyələnməsinə imkan verir.

Məhz Ulu Öndər tərəfindən əsası qoyulmuş etibarlı və möhkəm özüllər onun şah əsəri olan müstəqil Azərbaycanın daha da inkişaf etdirilməsi üçün baza rolunu oynadı. Ümummilli Liderin müdrik siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı islahatlar nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəldi, dövlətimiz regionun liderinə çevrildi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, texnika elmləri namizədi Vahid Əhmədov Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət quruculuğuna əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. O, bildirib ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR