FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib
# 02 iyul 2024 15:09 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mingəçevir su anbarının sahil hissəsində fəaliyyət göstərən çimərliklərdə və Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində monitorinq keçirilib.

APA nazirliyin saytına istinadən xəbər verir ki, monitorinqdə FHN-in aidiyyəti qurumlarının məsul şəxsləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir şəhər Polis şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak edib.

Monitorinqin keçirilməsində əsas məqsəd yay aylarında insanların istirahəti zamanı təhlükə törədə biləcək amillərin vaxtında aşkar edilməsi olub.

Monitorinq zamanı aşkarlanmış nöqsanlar barədə aktlar tərtib edilib və aidiyyəti üzrə xəbərdarlıqlar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR