Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu bu gün qardaş Türkiyə Respublikasına yola düşür.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın-xilasetmə qrupuna daxil olan "BE-200ÇS" tipli amfibiya təyyarəsi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.
Qrupa daxil olan 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən isə yaxın saatlarda qardaş ölkəyə yola düşəcək.
***
00.32
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu avqustun 5-də səhər saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.
FHN-dən APA-ya verilən məlumata görə, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.