2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edib.
APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2022-ci il üzrə bu proqnoz 345 manatdır: "Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat olub. 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır. Əmək pensiyaların minimum məbləği bu il 200 manat olub".