Bank Of Baku

Gəncədə ABŞ səfirliyinin dəstəyi ilə ingilis dili proqramının açılışı olub - FOTO

Gəncədə ABŞ səfirliyinin dəstəyi ilə ingilis dili proqramının açılışı olub - FOTO
# 13 dekabr 2022 16:13 (UTC +04:00)

Gəncədə aztəminatlı icmalar üçün ingilis dili proqramının açılış mərasimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncədəki 12, 14, 26, 32, 34 və 43 saylı orta məktəblərin 50 şagirdi üçün nəzərdə tutulan proqramın açılış mərasimində ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara da iştirak edib.

Tədbirə valideynlər, ingilis dili müəllimləri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri də qatılıb. Müvəqqəti işlər vəkili Hüqo Qevara çıxışında ABŞ hökumətinin ingilis dili proqramlarına və təhsil sahəsində liderliyə verdiyi dəstəyi vurğulayıb. O, ingilis dili bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini qeyd edib: “Bugünkü qloballaşan iqtisadiyyatda ingilis dilini öyrənmək xaricdə təcrübə əldə etmək, təhsil və peşəkar təcrübənizi genişləndirmək üçün çox vacibdir”.

O, həmçinin gənclərə ingilis dilinin təhsil və karyera imkanları yaratmaqla yanaşı, Azərbaycan və ABŞ arasında körpülərin qurulmasındakı rolunu vurğulayıb.

2018-ci ildən bəri ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən Aztəminatlı İcmalar üçün İngilis Dili Proqramı Azərbaycanın bir sıra regionlarında 500-ə yaxın tələbənin ingilis dili biliklərini təkmilləşdirib. Bu il proqram Gəncə, Astara və Şəki şəhərlərində aztəminatlı icmalarda yaşayan 12-17 yaşlı 120 tələbəyə kommunikativ tədris metodlarına əsaslanan, tələbələrin danışıq və anlama bacarıqlarının artırılmasına diqqət yetirən yüksək keyfiyyətli ingilis dili tədrisi verəcək. Bu, eyni zamanda tələbələrin Amerika mədəniyyəti, ictimai xidmət və tənqidi düşünmə bacarıqları haqqında daha çox öyrənmələri üçün bir fürsətdir. İngilis dili dərslərinə ABŞ hökuməti mübadilə proqramlarının ixtisaslı məzunlarından ibarət komanda rəhbərlik edir.

Tələbələr ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən İngilis Dili Mütəxəssisi tərəfindən keçirilən müsahibələr və yerləşdirmə testləri daxil olmaqla, rəqabətli müraciət prosesindən sonra seçilib. Dərslər noyabr ayında başlayıb və 2023-cü ilin iyun ayına kimi davam edəcək.

Bu proqram ingilis dilinin tədrisi sahəsində ABŞ səfirliyi tərəfindən dəstəklənən bir neçə layihədən biridir. Bu günlərdə Lökbatan və Biləsuvarda yerləşən Ağdam, Zəngilan, Laçın və Cəbrayıl ümumtəhsil məktəblərindən 25 şagird ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən iki illik İngilis Dili Mikro Təqaüd Proqramının məzunu olublar. Bu proqram tələbələrə ingilis dilində möhkəm təməl əldə etməyə, onları universitet və mübadilə proqramları üçün müraciət edərkən namizəd kimi təkmilləşdirməyə və davamlı iş tapmağa kömək edir.

Bundan əlavə, ABŞ Səfirliyi Şimali Karolina Dövlət Universiteti ilə birlikdə Azərbaycan universitetlərində və orta məktəblərində ilkin testlər, müəllim hazırlığı, habelə Azərbaycandakı ingilis dili müəllimləri şəbəkəsinin gücləndirilməsi vasitəsilə universitet və ümumtəhsil məktəblərində yüksək keyfiyyətli ingilis dili təhsilinin inkişafını təşviq edən İngilis Dili Bacarıqının Gücləndirilməsi layihəsinin üçüncü iteqrasiyası üzərində çalışır.

Qeyd olunub ki, səfirlik, həmçinin, Bakı, Gəncə, Mingəçevir, Şəki və Lənkərandakı universitetlərdə ingilis dili bölmələrində müəllim və tələbələrlə çalışan altı Fulbrayt İngilis Dili Tədris Köməkçisini və üç İngilis Dili Təqaüdçüsünü dəstəkləməkdən qürur duyur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR