Gəncədə Milad bayramı qeyd olunub

Gəncədə Milad bayramı qeyd olunub
# 07 yanvar 2024 11:39 (UTC +04:00)

Gəncədə yaşayan pravoslav xristianlar Milad bayramını qeyd ediblər.

APA-nın yerli bürosunun məlumatına görə, bayram Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində baş tutub. Pravoslav təqviminə əsasən, İsa peyğəmbərin doğulduğu gün – 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt problemlə üzləşməyiblər.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.

Xatırladaq ki, Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və kilsə kimi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR