Azərbaycan polisinin yaranmasının 103-cü il dönümü münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon İdarəsinin əməkdaşı, polis serjantı Hüseynov Kürdoğlu Xəlifə oğluna mənzil təqdim olunub. Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, təqdimat mərasimində Şəhər İH başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev və digər hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan polisi 103 il müddətində şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Həmçinin bildirilib ki, ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışan DİN işçiləri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
2009-cu ildən hüquq mühafizə orqanlarında xidmət edən polis serjantı Kürdoğlu Hüseynov, uzun illərdir kirayədə yaşadığını qeyd edərək, ona göstərilən diqqətə görə dövlət başçısı Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Hüseynov Kürdoğlu Xəlifə oğlu Kəlbəcər rayonundan məcburi köçkündür. Onun qardaşı Hüseynov Mirzə Xəlifə oğlu Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.
Gəncədə polis serjantına mənzil təqdim olunub
02 iyul 2021 17:23 (UTC +04:00)
Sosial
Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO
21:11
28 aprel 2024
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
19:02
28 aprel 2024
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:10
28 aprel 2024
Naxçıvanda magistraturaya II cəhd qəbul imtahanı keçirilib
14:47
28 aprel 2024