Güclü leysan İsmayıllı-Qəbələ yolunda torpaq sürüşməsinə səbəb olub - FOTO

Güclü leysan İsmayıllı-Qəbələ yolunda torpaq sürüşməsinə səbəb olub - FOTO
# 08 may 2024 10:44 (UTC +04:00)

Gecədən başlayaraq yağan güclü leysan İsmayıllı-Qəbələ avtomobil yolunda fəsadlar yaradıb.

APA-nın yerli bürosu xəbər verir ki, güclü leysan yağışları nəticəsində magistral yolun kənarlarında aşınmalar yaranıb.

Yolun dağlıq ərazidən küçən hissəsində torpaq sürüşməsi olub, nəticədə elektrik dirəklərinə ziyan dəyib.

Kəndləri elektrik enerjisi ilə təmin edən xətlər də zədələnib. Hazırda ərazidə təmir-bərpa işləri aparılır.

Sumagali, Qalacıq, Qurbanəfəndi və İsitisu kəndində elektrik enerjesinin verilişində fasilə yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR