İslandiyada Avropa İttifaqına (Aİ) üzvlüyün əleyhdarları avqustun 29-da keçirilən referendumda qalib gəliblər.
RUV-un xəbərinə görə, bu gün - avqustun 30-da səslərin hesablanması başa çatıb.
İlkin nəticələrinə əsasən, Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasının tərəfdarı olan hökumətin təklifini seçicilərin 47,2 faizi dəstəkləyib, 52,8 faiz isə bunun əleyhinə səs verib.
Bülletenlərin 0,7 faizi etibarsız hesab edilib. Səsvermədə adada yaşayan təxminən 400 min nəfərin 270 mindən çoxu iştirak edib.
Qeyd edək ki, İslandiya 2009-cu ildə baş verən maliyyə böhranından sonra Aİ-yə üzvlük üçün müraciət edib. Üzvlüklə bağlı danışıqlar 2013-cü ildə Reykyavikdə avroskeptik hökumətin hakimiyyətə gəlməsi ilə dayandırılıb.