Azərbaycanda vaksinasiya kampaniyası uğurla həyata keçirilir.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.
O qeyd edib ki, ölkə üzrə 11 255 847 doza vaksin vurulub. 1 428 647 doza isə buster doza vurulub.