Paşha Bank
Bank Of Baku

Krım körpüsü yenidən hücuma məruz qalıb

Krım körpüsü yenidən hücuma məruz qalıb
# 17 noyabr 2026 08:14 (UTC +04:00)

Krım körpüsünün bir sutka ərzində ikinci dəfə hücuma məruz qaldığı bildirilir.

Rusiya mediasının məlumatına görə, bu barədə Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar körpüdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Aksyonov yarımadanın sakinlərini və turistləri hələlik körpü istiqamətində səfərlərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, Ukrayna ordusu Krım körpüsünə bir müddət öncə də zərbə endirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR