Bank Of Baku

Magistraturaya qəbul imtahanından iki nəfər xaric edilib

Magistraturaya qəbul imtahanından iki nəfər xaric edilib
# 11 fevral 2024 15:07 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.

DİM-dən APA-ya bildirilib ki, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub.

Hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR