Jurnalist vəsiqəsi 3 illik verilir.
Bunu APA-nın sorğusuna cavab olaraq Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.
Onun sözlərinə görə, vəsiqə 3 ildən bir yenilənəcək. Media reyster şəhadətnamələri isə müddətsiz olaraq veriləcək:
“Media subyekti Agentliyə müraciət edərək reyestrə daxil olmalıdır və bundan sonra ona media reyestri şəhadətnaməsi təqdim ediləcək. Jurnalistlər reyestrə daxil olduqdan sonra vəsiqəni almaq üçün fərdi qaydada Agentliyə müraciət etməlidirlər. Ödənişin məbləği 20 manat təşkil edir” – o qeyd edib.