Bank Of Baku

Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
# 11 noyabr 2026 14:58 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakant olan ştat vahidləri ilə bağlı növbəti açıq müsabiqə elan edilir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində:

1. Elmi metodiki iş və təlim idarəsində məsləhətçi vəzifəsi

İxtisas tələbi: filologiya, biologiya, kimya və biologiya müəllimliyi, kompüter elmləri.

2. Keyfiyyət təminatı idarəsində məsləhətçi vəzifəsi

İxtisas tələbi: kompüter elmləri, biologiya, fizika, kimya.

3. Əlyazmalar və sənədlərin eksperizaları şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: filologiya, fizika.

4. Səs, görüntü və rəqəmsal ekspertizalar şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi, filologiya, tərcümə, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proqram təminatı mühəndisliyi.

5. Fiziki-kimyəvi və bioloji ekspertizalar şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: kimya.

6. Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: nəqliyyat mühəndisliyi, yol hərəkətinin təşkili.

7. İqtisad ekspertizaları şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: iqtisadiyyat, maliyyə, mühasibat.

8. Texniki təhlükəsizlik ekspertizası şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: energetika mühəndisliyi, maşın mühəndisliyi, mexanika mühəndisliyi, neft-qaz mühəndisliyi.

9. Psixoloji ekspertiza şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: psixologiya, təhsildə sosial-psixoloji xidmət.

10. Maliyyə və təminat şöbəsində məsləhətçi vəzifəsi

İxtisas tələbi: informasiya təhlükəsizliyi.

11. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: inşaat mühəndisi, şəhərsalma, memarlıq.

12. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: inşaat mühəndisi, şəhərsalma, memarlıq.

13. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: inşaat mühəndisi, şəhərsalma, memarlıq, biologiya.

14. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt regional şöbəsində ekspert vəzifəsi

İxtisas tələbi: inşaat mühəndisi, şəhərsalma, memarlıq, kimya.

Göstərilən ixtisaslar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Müraciət edənlər 2026-cı ilin 16 noyabr tarixindən 16 dekabr saat 18:00-dək iş günləri və saatları ərzində müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:

  • Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası

(Bakı şəhəri, Xaqani küçəsi 24, tel: (012) 498-09-71);

  • Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional şöbəsi

(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (+99455) 656-28-12);

  • Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional şöbəsi

(Şəki şəhəri, Salman Mümtaz küçəsi 316, tel: (+99470) 297-18-11);

  • Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional şöbəsi

(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91, (+994993) 66-19-93);

  • Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt regional şöbəsi

(Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29-cu məhəllə, 7/22, tel: (+99451) 695-13-01).

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı ətraflı məlumatı “Yaddaş kitabçası”ndan əldə etmək mümkündür. Həmçinin bu sənədlər Məhkəmə Ekspertizası Mərkəzinə və onun regional bölmələrinə müraciət edən şəxslərə təqdim olunacaq.

Ətraflı məlumat əldə etmək üçün yuxarıda göstərilən telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR