Bank Of Baku

Məişət zorakılığından zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir

Məişət zorakılığından zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir
# 20 fevral 2024 14:16 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 14 şəxsə xidmət göstərilir.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, onlardan 8 nəfəri uşaqlardır.

Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılıb.

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.

Ötən dövrdə burada 36-sı uşaq olmaqla 50 nəfərlə reabilitasiya işi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR