“Mingəçevir Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə yeni direktor təyin olunub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, direktor vəzifəsinə xəstəxananın onkoloqu, əməliyyat blokunun rəhbəri Abdulqadir Sultanov təyinat alıb.
Qeyd edək ki, Mingəçevir Mərkəzi Xəstəxanasının əvvəlki direktoru Könül Ələkbərov bir qədər əvvəl Bakıdakı “Kliniki Tibbi Mərkəz” Publik Hüquqi Şəxsə direktor təyin edilib.