Bank Of Baku

Nazir müavini: Sosial media platformalarının siyahısı müəyyən ediləcək

Nazir müavini: Sosial media platformalarının siyahısı müəyyən ediləcək
# 08 iyun 2026 12:53 (UTC +04:00)

Sosial media platformalarının siyahısı müəyyən ediləcək.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, nəzarət sahəsində müəyyən çətinliklər olacaq: “Bu gün hətta Avstraliyanın özündə də nəzarətlə bağlı çətinliklər və müəyyən hallar müşahidə olunur. Uşaqlar üz cizgilərini dəyişən filtrlərdən və digər vasitələrdən istifadə edirlər. Maarifləndirməyə və birgə fəaliyyətə ehtiyac var. Bu, bizə həmin layihənin icrasında kömək edəcək. Sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək. Bu zaman platformaların kütləvi istifadə səviyyəsi nəzərə alınacaq. Texnologiyalar sürətlə inkişaf edir. Ona görə də bir müddət sonra hansı çətinliklərlə və suallarla üzləşəcəyimizi indidən dəqiq bilmək mümkün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR