Bank Of Baku

Nazir: Sertifikasiyanın nəticəsi müəllimlərin pis nəticə göstərməsi kimi qəbul edilməməlidir

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 15 dekabr 2022 10:31 (UTC +04:00)

“Sertifikasiyanın nəticəsi belə qəbul olunmamalıdır ki, Azərbaycan müəllimləri pis nəticə göstərib”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda
keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu, qətiyyən belə qəbul olunmamalıdır: “Bizim sualımız 4 müəllimdən birinədir. Rayonlar üzrə paylanma daha maraqlıdır. Biz bu il Bakı, Abşeron, Xızı, Sumqayıt, Siyəzən, Quba, Gəncə və digər rayonları əhatə etmişik. Sertifikasiya zamanı Bakı şəhərində 86 faiz müəllim uğur qazanıb. Yəni 14 %- müəllimimiz uğur qazanmayıb. Amma Samux və Daşkəsəndə cəmi 42 % müəllim uğur qazanıb. Bu, problemdir. 2023-cü il və digər illərdə biz digər bölgələrimizi imtahana cəlb edəcəyik. Bizim 10-20 rayonumuz var ki, Daşkəsəndən, Samuxdan daha aşağı nəticələr gözləyirik. Qax və Zaqatala bölgələrində nəticələrin yüksək olacağını gözləyirik. Amma Mərkəzi Aran, Lənkəran, Astara və Qarabağda nəticələrimiz kifayət qədər aşağı olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR