Sentyabrın 30-da səhər saatlarında yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
APA xəbər verir ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə köçən 60 nəfərdən ibarət 9 ailəyə mənzillərinin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
11.52
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
APA xəbər verir ki, bu gün kəndə 60 nəfərdən ibarət 9 ailə köçürülüb.