Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək

Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək
# 21 fevral 2024 15:15 (UTC +04:00)

Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, əvvəlcə texniki, texnoloji ixtisaslar üzrə qəbul aparılacaq:

"Artıq bu yaydan tələbələr ixtisas seçimində Türkiyə-Azərbaycan Universitetini seçə biləcəklər. Türkiyə universitetləri ilə Azərbaycan universitetləri arasında sıx əməkdaşlıq olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR