Bank Of Baku

Ölüm qeydiyyatı qaydalarını pozanlar 300 manatadək cərimələnəcək

Ölüm qeydiyyatı qaydalarını pozanlar 300 manatadək cərimələnəcək
# 12 oktyabr 2022 14:30 (UTC +04:00)

Ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 562-1-ci maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, ölümün qeydə alınmasının pozulmasına görə cərimə müəyyənləşir.

Layihəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə də vəzifəli şəxslərin 150 manatdan 300 manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR