Bank Of Baku

Peşəkar Mühasib Sertifikatı üçün imtahanının II mərhələsi keçirilib

Peşəkar Mühasib Sertifikatı üçün imtahanının II mərhələsi keçirilib
# 09 oktyabr 2022 14:33 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9 oktyabr 2022-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 53 nəzarətçimüəllim, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 15 gün ərzində elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR