Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə cərimə müəyyənləşir.
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Qanunsuz stimullaşdırıcı lotereyalara görə cərimə müəyyənləşir
27 dekabr 2021 13:29 (UTC +04:00)
Sosial
Dövlət Komitəsi yetkinlik yaşına çatmayan üçün nişan mərasiminin təşkilinə münasibət bildirib
12:10
6 may 2024
Britaniyada Qarabağ atlarının qatıldığı “Vindzor Kral Atçılıq Şousu” başa çatıb - VİDEO
12:02
6 may 2024
Mayın 5-də keçirilən buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb
11:49
6 may 2024
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub
11:16
6 may 2024