Qarabağ müharibəsi veteranı olan prokurorluq əməkdaşı təqaüdə göndərilib

Qarabağ müharibəsi veteranı olan prokurorluq əməkdaşı təqaüdə göndərilib
# 04 mart 2024 15:10 (UTC +04:00)

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyev təqaüdə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, martın 4-də Baş prokurorun müavini Heydər Məmmədov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyevi qəbul edib.

Böyükağa Panəliyevin prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə qulluq keçməsinə xitam verilib.

Böyükağa Panəliyevə Baş prokuror Kamran Əliyevin əmri ilə təltif olunduğu “Prokurorluğun fəxri işçisi” döş nişanını və hədiyyə təqdim edilib.

Görüş zamanı çıxış edən Baş prokurorun müavini birinci Qarabağ Müharibəsi Veteranı olan Böyükağa Panəliyevin prokurorluq orqanların keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq, 1993-cü ildə Qubadlı rayon prokurorluğunun əməkdaşı kimi xidməti vəzifələrinin icrası zamanı cinayətkar dəstənin fəaliyyətinin qarşısını alarkən ağır yaralanmasına baxmayaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətini davam etdirdiyini, cinayətkarlığa qarşı mübarizədə, habelə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində böyük töhfələr verdiyini qeyd edib, fədakar fəaliyyətinə görə ona minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin, digər tədbir iştirakçıları Böyükağa Panəliyevlə bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR