Bank Of Baku

Şagirdlərin elektron yerdəyişməsinin vaxtı açıqlanıb

Şagirdlərin elektron yerdəyişməsinin vaxtı açıqlanıb
# 13 oktyabr 2022 09:48 (UTC +04:00)

17 oktyabr 2022-ci il saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, sentyabrın 5-də şagird yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR