Samuxda qamışlıq ərazi yanıb - VİDEO

Samuxda qamışlıq ərazi yanıb - VİDEO
# 21 fevral 2024 10:16 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Burunqovağ kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə qamışlıq yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR