Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
APA xəbər verir ki, Saray qəsəbəsində yerləşən “Saray kids” uşaq bağçasında da Ümummilli Liderin xatirəsi yad edilib.
Bağçanın müdiri Günel Şadlinskaya bildirib ki, onlar Heydər Əliyevin anım günü ilə bağlı illərdir ki, tədbirlər təşkil edirlər.
Günel Şadlinskaya deyib ki, daha əvvəl də Ulu Öndərin anım günü ilə bağlı uşaqların iştirakı ilə videoçarxlar hazırlanıb.
Bağçanın müdiri əlavə edib ki, sadəcə bu il tədbir bir qədər fərqli formatda keçirilib.
Tədbirdən görüntüləri təqdim edirik: