Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək.
DİM-dən APA-ya bildirilib ki, imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Sentyabrın 9-da əlavə buraxılış imtahanı keçiriləcək
© APA | Dövlət İmtahan Mərkəzi
02 sentyabr 2021 10:28 (UTC +04:00)
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024