Bank Of Baku

Sumqayıtdakı silahlı hücum zamanı xəsarət alanların vəziyyəti açıqlanıb

Sumqayıtdakı silahlı hücum zamanı xəsarət alanların vəziyyəti açıqlanıb
# 28 oktyabr 2023 10:55 (UTC +04:00)

Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, onlardan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR