Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə növbəti köç olub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, iyulun 8-də kəndə köçürülən 15 ailəyə (51 nəfər) mənzillərinin açarları təqdim olunub.
Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
14.11
Növbəti köç karvanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.
APA-nın xəbərinə görə, bu gün Kiçik Qaladərəsi kəndinə 15 ailə (51 nəfər) köçürülüb.