Bank Of Baku

Türkiyəli mütəxəssis ATU-nun Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub

Mücahit Avcil

© APA | Mücahit Avcil

# 11 oktyabr 2022 13:59 (UTC +04:00)

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir Teymur Musayevin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib.

Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.

Xatırladaq ki, bunadək klinikanın direktoru professor Surxay Hadıyev idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR