“Biz müxtəlif beynəlxalq təşkilatlarla ümumilikdə 16-dan çox anlaşma memorandumu imzalamışıq".
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in 10 illiyinə həsr olunmuş konfransda deyib.
Sədr bu cür dövlət xidmətinin yaradılması təşəbbüsünə görə Prezident İlham Əliyevə təşəkkür edib: “İlk növbədə "ASAN xidmət"in bir islahat kimi öz funksiyasını yerinə yetirməsində daimi dəstəyinə görə, Prezident İlham Əliyevə bütün "ASAN xidmət" adından minnətdarıq. "ASAN xidmət" lazımsız bürokratiyanı azaltmaq və korrupsiyanın kökünü kəsmək missiyasını yerinə yetirib. Bizim modelimiz həmçinin yaxşı idarəetmənin bütün öhdəliklərini yerinə yetirib. Biz müxtəlif beynəlxalq təşkilatlarla ümumilikdə 16-dan çox anlaşma memorandumu imzalamışıq. BMT və İslam İnkişafı kimi böyük təşkilatlarla da daimi əməkdaşlığımız var və davam edir".