Azərbaycan Dövlət İqtisad Universitetinin 19 yaşlı tələbəsi vəfat edib.
Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Universitetdə maliyyə ixtisası üzrə təhsil alan Şəhriyar Səmədov vəfat edib.
Qeyd edək ki, Şəhriyar Səmədov 2003-cü il yanvarın 2-də Masallıda anadan olub. Masallı şəhəri 4 saylı tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 684,8 toplayıb.
APA-nın əldə etdiyi xəbər görə, Şəhriyar Səmədov kirayədə yaşadığı Nizami rayonu ərazisində koridorda quraşdırılmış turnikdən özünü asaraq intihar edib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.