Bank Of Baku

UNEC THİK-in könüllüləri Şuşa-Laçın yolundakı aksiyaya dəstək göstərib

UNEC THİK-in könüllüləri Şuşa-Laçın yolundakı aksiyaya dəstək göstərib
# 14 dekabr 2022 15:04 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın təbii resurslarının qanunsuz istismarına, ekoloji terrora etiraz edən Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbə-könüllüləri Şuşa-Laçın yolunda keçirilən aksiyaya qoşularaq, terrora son qoyulmasını tələb edirlər.

Universitetdən APA-ya verilən xəbərə görə, bu barədə UNEC THİK sədri İlkan Əliyev komitənin rəsmi facebook səhifəsində məlumat paylaşıb. THİK sədri Şuşa-Laçın yolundakı aksiyanı dəstəklədiklərini və komitənin bütün üzvlərinin aksiyaya qoşulmağa hazır olduqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR