Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.
Bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.
Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.
Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.
Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.
Allah rəhmət eləsin!
***
21:33
Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib.
APA-nın məlumatına görə, şəhid Lerik rayonunun Anbu kəndindəndir.
Sabah onun nəşi Cəbrayıldan Lerik rayonuna gətiriləcək.
Qeyd edək ki, Ə.Rəhmətovun iki övladı var.
Allah rəhmət eləsin!