Təhsil Nazirliyinin sifarişi ilə 2021-ci il 15 sentyabr tarixinə qədər tikilən və əsaslı təmir olunan yeni 37 məktəbin açılışı olub.
APA-nın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda təlimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov bildirib.
Onun sözlərinə görə, bu məktəblərdən 22-si bir tipli, 15-i modul tipidir: "Dekabr ayı ərzində isə 32 məktəbin açılması planlaşdırılır. Onlardan 16-sı birtipli, 16-sı modul tiplidir. Müharibə dövründə Azərbaycanda 45 məktəb zərər çəkib. Onlardan 36-da təmir və tikinti işləri yekunlaşıb. Digər məktəblərin təmir işləri davam edir".